Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

356 syf.
7/10 puan verdi
·
Beğendi
Hər kəsə salam. Bu gün sizinlə Yanvar ayında oxuduğum Yaponya məsləhətçisi Mari Kondonun “Evini də sahmana sal, həyatını da” kitabı haqqında fikirlərimi paylaşacağam. Kitabda “KonMari” metodu haqqında danışılır.Ümumi əşyalarımızın, geyimlərimizin saf-çürük edilmə prosessi izah olunur. Bəyəndiyim və ilk dəfə olaraq bu kitabda oxuduğum nüans da o idi ki, əşyalarımızın bizə sevinc bəxş etməsi haqqında geniş bəhs olunmuşdu . İstifadə etdiyim əşyalar mənə sevinc bəxş edirmi yoxsa sadəcə onu əşya olduğu üçün saxlayırdımmı bilmirdim.Kitabdan sonra “KonMari” metoduna addım-addım uyğunlaşaraq əşyalarımı saf-çürük etdim. Sevinc bəxş edən əşyalarıma təşəkkür etdim.Artıq yollarımızı ayırmalı olduğum əşyalara isə həyatımda bir rolunun olduğu üçün minnətdar edib, bu rolun başa çatdığını söyləyib ayrıldım. Kitabda həyatımızı da, evimizi də sahmana salmaq haaqında çox gözəl danışılıb.Tövsiyə edəcəyim kitablardan oldu. Oxumağa ayırdığım zaman üçün peşman deyiləm. Sonadək oxuduğunuz üçün Minnətdaram!
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0211 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.