Gönderi

80 syf.
7/10 puan verdi
·
Liked
İnceleme
Kitab Tomris Uyarın 70-lərdə qələmə aldığı fərqli hekayələr toplusudur. Fərqli xarakterlərin fərqli auralarını eyni kitabda hiss etmək olar. İl başlayandan qadın yazarlara daha çox şans tanımağa qərar vermişdim. Pozitiv ayrımcılık filan deyil. Sadəcə maraqlıdır. Hər şeyi fərqli detallarına qədər beynində təbii olaraq saxlayan xanımlar bunu yazıya hansı şəkildə yansıdır. Müasir dövrdə hər şey istehlak, tüketim yönümlü olduğu üçün, özü qalan, özünü ifadə edən, istehsal edən hər kəs maraqlıdır. Klassiklər hər dövrdə oxumaq olar. Ancaq indiki şəraitdə qadın yazarlar hələ də diqqətimdədir. Oxuduqlarıma əsasən deyə bilərəm ki, qərarımdan da məmnunam. Kitabda fərqli qadınların baş qəhrəmanı olduğu 60 və 70 lərin türk insanının həyatı çox gözəl şəkildə ifadə olunur. O dövrə baxanda həm indiki Türkiyənin necə formalaşdığını görmək olur. Eyni zamanda o nəsildən bu nəsil arasındakı uçurumu da çox ciddi şəkildə göz önünə sərir.
Dizboyu Papatyalar
Dizboyu PapatyalarTomris Uyar · Yapı Kredi Yayınları · 20222,143 okunma
·
14 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.