Sevgi Məktubları | Mirzə İbrahimov
10/10
·96 syf.··
2024 3. kitabı
·
5 saatte okudu
·
Okunma: 28 Şubat 2024 18:50
Mənə görə bir yazarı, müəllifi ən yaxşı tanıma yolu onun özünün qələmə aldığı və ya onun haqqında yazılan xatirələrini oxumaqdır. Düzünü desəm, Mirzə İbrahimov önyarğılı olduğum yazar idi. Abituriyent vaxtından da xatırlayıram ki, onun həyat yaradıcılığı mənə çox da maraqlı gəlməmişdi. Yenidən qarşıma onunla bağlı kiçik həcmli də olsa kitab çıxdıqda fürsəti əldən verə bilmədim və kitabı oxumaq istədim. Adından göründüyü kimi kitab başdan-başa məktublardan ibarətdir. Həcminin az olmasına baxmayaraq oxucu məktubları oxuduqca ata, yoldaş, yeri gəldikdə bir övlad kimi Mirzə İbrahimovu tanıyır. İşlədiyi vəzifələr, dostları, xəstəliyi, ətrafında olan bitən hadisələrin bir qismi ilə burada tanış ola bilərik. Xüsusilə də, mənim üçün məktubların ən heyrətamiz hissəsi onun yoldaşı, özünün də qeyd etdiyi kimi könlünün baxtı Sara xanıma etdiyi müraciətlər idi. Onu özünün dostu, qəlbi, ruhu, ümidi, pənahı olaraq görür.
Edebiyat
Sevgi MəktublarıMirzə İbrahimov · Qanun Nəşriyyatı · 20219 okunma
·
51 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.