“Anna’nın gidişi ise çok daha farklı olmuştur.
Aşkla veda etmiştir o bu dünyaya, üstelik geride kalanlara eşsiz bir miras bırakarak…”
Kitab mağazasında gəzərkən adı gözümə ilişdi. Əlimə aldım, birdə buraxa bilmədim. Dünən aldığım bu kitabı hər kəs oxumalıdır.
Əsər anası tərəfindən sevilməyən, ailənin altıncı və planlanmamış qızının bioqrafiyasıdır. Bəli, bu şəxs Anna Freyd’dur. Məşhur psixoanaliz elminin banisi Ziqmund Freyd’in qızıdır.
Bəzən bir ifadə vardır, bəs qız övladı anasına oxşarmış, özüdə övladlarına nə qədər bundan qaçmaq istəsə də anasının ona davrandığı kimi davranarmış. Bax kitab bu deyimi səhv çıxarır. Anası tərəfindən sevilməyən Anna minlərlə övlada analıq edib, onları çox sevir. Anna anasına bənzəmirdi, o əksinə atasının qızıydı.. Sevilməyərək böyüyən qızımız, uşaqlar belə həyat yaşamasın deyə, sevilməyərək böyüməsin deyə əlindən gələn hər şeyi etmişdir. Onlara öz sevgisini vermiş, bununla qalmamış onlara və gələcəyə ən böyük yardımını edərək uşaq psixoanalizinin əsasını qoymuşdur.
Baş qəhrəmanımız yəhudi olaraq həm iki dünya müharibəsi görsə də, həm də həyatında sevdiklərinin ölümünə şahidlik etsə belə, çalışmaqdan, uşaqlara ana olmaqdan imtina etmir, daim yazılar yazır. Hətta o deyirdi ki, “Yas vaxtı boş qalmaqdan daha pis şey yoxdur, boşda qalmaq demək kədərlənmək və hətta daha da pis olmaq deməkdir.” O kədərlərindən belə uzaqlaşırdı, çalışaraq..
Bildiyiniz kimi Freyd ailəsi yəhudi idi. Və ikinci dünya müharibəsində yəhudilərin qətliamını bilirik. Kitabda bunu çox qəşəng göstəriblər. Evlərdən qaçışı, qorxunu, evlərin içinin axtarılmasını, qanı, dəhşəti hər şeyi hiss edirsiniz.
Hətta Anna “Uşaq və qanun” la bağlı fikirlərdə irəli sürmüş, qanunda uşaqlara davranış haqqında öz tövsiyələrini vermişdir.
Hampstead mərkəzində işçilərin çoxunun qadın olması səbəbilə uşaqlar ana fiqurundan əziyyət çəkmirdilər, lakin atasızlığı hiss edirdilər. Məhz buna görə, Anna daim yeni ildə Şaxta baba rolunda uşaqlarla çoxlu vaxt keçirirdi.
Yazılı münasibətlərdə adını hüquq doktoranturası (LL.D), elm doktoranturası (Sc.D) ve Britaniya İmperiyası Nişanı (CBE.) ünvanları ilə taclandırılan Anna Freyd artıq sadəcə Ziqmund Freydin qızı deyil, psixoanalizin öndə gələn adlarından biri olmuşdur.
Ah Anna, çox istərdim, səninlə söhbət etmək. Səni bütün qəlbimlə qucaqlayıb, öpmək..