-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən?
-Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa biləcəksən?
Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim Kərbəlam” kimi qeyd etmişdi. Gülümsədim.
-Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad?
-Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən.