Gönderi

Danışıb bitirdikdən sonra süfrəni sərdim. Həmid çox gec gəldi. Dəfələrlə elə olmuşdu, zibil atmağa çıxanda evə gec qayıdırdı. Fikirləşirdim ki, görəsən, bu qədər gecikməyinin səbəbi nə ola bilər. Heç vaxt soruşmamışdım. Ancaq bu dəfə həmişəkindən də gec gəldi. Qayıdanda soruşdum: -Həmid, zibilləri Geri Çevirmə Mərkəzinə aparmışdın?! Niyə bu qədər gec gəldin? Danışmaq istəmirdi, ancaq israrımı görəndə dedi: -Bilirsən, küçənin başında həmişə yoxsul bir adam dayanır. Mən hər dəfə yanından keçəndə bacardığım qədər kömək etməyə çalışıram. Amma bu dəfə üstümdə pulolmadığından utandım ki, birdən görərəm, kömək edə bilmərəm. Buna görə bütün küçəni dövrə vurmaq məcburiyyətində qaldım. Bu kimi rəftarlarını görəndə ona daha çox heyran olurdum. Onun bu hərəkətləri məndə həm gözəl hisslər, həm də qorxu yaradırdı. Gözəl hisslər həyat yoldaşımın bu qədər incə və zərif məsələlərə qarşı çox diqqətcil olduğuna görə idi. Qorxurdum ona görə ki, özümü Həmidlə yarışda təsəvvür edirdim. Mən yıxıla-yıxıla, sürünərək yoluma davam etdiyim halda Həmid sürətlə keçib-gedirdi.♡
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.