Gönderi

Qubalı qız.
Şah dağından əsən yellər saçlarını darasın, Səni sevən Qudyalçayın sahilində arasın, Dilin ana torpağının meyvəsindən şirindir, Məhəbbətin ürəyimdə dəryalardan dərindir. Sən ömrümün çiçəyisən Qubalı qız, Qubalı, Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı. Nəfəsindən duyuram mən çiçəklərin ətrini, Bu dünyada mənim qədər bilən varmı qədrini! Şöhrətini ulduzlara, aya, günə yazmışam Surətini məhəbbətlə ürəyimdən asmışam. Sən ömrümün çiçəyisən, Qubalı qız, Qubalı, Ürəyimin ürəyisən Qubalı qız, Qubalı. Xəzan bilməz ömrümüzün bu mənalı çağında Gül, həmişə bahar gülsün eşqimizin bağında. Canan desin gecə-gündüz mənim ürək tellərim, Ağ göyərçin əllərindan ayrılmasın əllərim. Sən ömrümün çiçəyisən, Qubalı qız, Qubalı, Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı!
·
100 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.