Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bilirsiniz mənə nə maraqlıdır? Buradakı həmyerlilərimin paylaşımları qarşıma çıxdıqca düşünürəm ki, hər birimiz eyni səviyyədə, demək olar, eyni sistemlə dərs keçmişik. Bəs necə olur ki, 80% bəlkə də daha çox azərbaycanlı Azərbaycan dilində düzgün yazı yaza bilmir? Niyə? Ah xeyr, Azərbaycan dilində düzgün yazmaq üçün sırf ixtisasın filologiya olması vacib deyil (burada profilində "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" yazılan yoldaşların da elə səhvlərini görürəm ki). Bunu bilmək hər birimizin borcudur. Ana dilimizi sevməli, qorumalı, yazdığımız zaman normalara uyğun yazmalıyıq. Bu qədər çətin olan nədir axı? Səhvlərlə dolu kitab təhlillərini, paylaşımları gördükdə istəmədən qıcıqlanıram. Xahiş edirəm, diqqət edin. Ana dilimiz milli-mənəvi sərvətimizdir. Onu qorumalıyıq!
··
5 artı 1'leme
·
365 görüntüleme
Məhəmməd okurunun profil resmi
Azərbaycan dilində düzgün yazmaq üçün sırf ixtisasın filologiya olması vacib deyil düzdür, lakin buna filologiya oxuyanlar və Az-dili müəllimləri qədər ilişən başqa bir qrup görməmişəm. Çətin olan durğu işarələrinin yerləri olur çox zaman.
M.zade okurunun profil resmi
Haqlısınız. Bu mövzuya təəssüf ki, bizlərdən başqa toxunan olmur. (Amma bütün sözdə "filoloq" adlananlara aid deyil bu.) Çünki biz bunu dərinlikləri ilə öyrənirik, sevirik və hər hansı bir səhv belə gözə batır. Şəxsən mən özümü təhqir olunmuş hiss edirəm. Durğu işarələrindən "keçmək" də olar, əsas sözlərin yazılmasıdır.
2 sonraki yanıtı göster
Sevil Alasgarli okurunun profil resmi
Çox haqlısınız həqiqətən,mənim də özümə qarşı həmişə iradım olur bu barədə. Amma təəssüf ki,müxtəlif dillərin ədəbiyyatları ilə tanış olub o dili öyrəndikcə istər-istəməz bir müddət sonra yadırğaya bilir insan((
M.zade okurunun profil resmi
Digər dilləri öyrənmək də vacibdir, əlbəttə. Amma öz dilini kamil bilmək daha vacibdir. 😊
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Bağlantını kopyalayıb həmin təhlillərə şərh olaraq qoyasım var:)
M.zade okurunun profil resmi
Əslində mən də az əvvəl bir təhlil gördüm. Tam şərh olaraq bildirəcəkdim. Amma yazan kimi şərhi silirlər ki, heç kim görməsin. Nə də səhvi düzəltmirlər. Bu nəyin "özgüvən"i? Bilməmək eyib deyil, öyrənməmək eyibdir.
1 sonraki yanıtı göster
Aybəniz İmanlı okurunun profil resmi
Tamamilə razılaşıram.🌿
M.zade okurunun profil resmi
🤝🏻
Vəfa Hafiz okurunun profil resmi
Azərbaycan dili müəllimliyini bitirib "Azərbaycan dilindən zəhləm gedir", - deyənlər də görmüşəm. 🤦🏻‍♀️
M.zade okurunun profil resmi
Bunun səbəbi isə hər 200-250 bal toplayanların müəllimliyə qəbul olunmasıdır. Sırf diplom olsun, Balı ona çatır deyə müəllimlik oxuyurlar. Kaş ki, müəllimliyin balları qaldırılsa, sadəcə qəlbdən istəyən və layiq olanlar qəbul olunsa... Seymur Orucun bir mətni vardı. Orda elə gözəl ifadə etmişdi ki.
1 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Elə doğrudur ki!👏🏻
M.zade okurunun profil resmi
🤝🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.