Ey İmam Hüseyn, ağıl quyularında vicdan aynasını udanlar var! Çək ürəyinin sürməsini insanlığın bitməz cəfakar tərəfinə.
Bizim imanımızın naqis olmasının ən əsas səbəbi İslamı, Həzrəti Muhəmmədi(s), İmam Əlinin(ə) yolunu və İmam Hüseynin(ə) qiyamını tanımamağımızdandır. Onlara qarşı "eşqimiz" var, amma "şüurumuz" yoxdur. "Məhəbbət" var, amma "mərifət" yoxdur.