Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Can nənə, bir nağıl de!"
Təsəvvür edin ki, bürclər heyvanlara da aid edilir. "Yanvar ayında doğulan itlər sadiq olur. İyunda doğulan itlərə bu ay aclıq hökm sürəcək, iyulda doğulan itlər üçün isə bu il göydən sümük yağacaq" desəm, sizə nə qədər inandırıcı gələr? Bəli, astrologiya nağılı da tamamilə bundan ibarətdir, başqa heç nə! "Axı mən bürclər haqqında məlumatı oxuyub görürəm ki, eynilə məndən bəhs edir" deyən insanların necə tələyə düşdüklərini görəndə gülmək tutur adamı. "Dolça bürcləri xəyanətə uğramağı sevmir" proqnozunu oxuyub inananlar , "bax, doğru deyir, xəyanətə uğramağı sevmirəm" deyərək bir növ tələyə düşdüklərini sübut edirlər. Dolça bürcləri xəyanətə uğramağı sevmirmiş... Elə bil, digər bürclər xəyanətə uğramaq üçün ölürlər, təkcə dolça bürcləri sevmir. Bunlar məsələnin acı tərəfləri olsa da, əslində, şirin və məzəli tərəfləri də var. Məsələn, nəbadə, kimsə qız bürcü olan oğlandan bürcünü soruşa. Yazıq məcbur qayıdıb deyəcək ki, "vallah, bürclərlə maraqlanan deyiləm". Qarşısındakı da beyninə qoyub ki, mütləq bürcünü öyrənməlidir. Eləmə tənbəllik, doğum gününü soruşacaq. Öyrənəndən sonra da qayıdıb oğlana deyəcək ki, "hə, sən qızsan". Həmin o tank altda qalan, amma söz altda qalmayan oğlan da, özü seçə bilmədiyi bürcün hesabına qalacaq qırıla-qırıla.
··
264 görüntüleme
M.zade okurunun profil resmi
Mehdi, etiraf et bu yazıları kiməsə redaktə etdirirsən?😄 Yazdığın şərhlər orfoqrafik səhvlərlə dolu ikən paylaşımlarda çox az gözə çarpır.
︎Mehdi Mehdili okurunun profil resmi
Müəllimə bura məktəb deyil axı irad bildirəsiniz 😄 siz bunu səmimiyyət olaraq qəbul edin 😄
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.