Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Qaralamalarımdan"
Çox zaman analiz etməyi sevirəm. Bəzən bu hər hansı kitabın bir obrazı, həyatımızdan keçən hər hansı insan( yolda gördüyümüz, metroda qarşı-qarşıya oturduğumuz insanlar belə buna daxildirlər) hətta heyvanlar belə ola bilər. İnsanlar arasında olan münasibətlərə (istər dostluq, istər partnyor) fikir bildirəcək qədər biliklərə sahib olmaq xoşuma gəlir və bunları əvvəl qeyd etdiyim kimi analiz sayəsində bacarıram. Bu günlərdə düşündüyüm mövzulardan biri insanların niyə bir-biri ilə əlaqəsinin kəsilməsi ilə bağlıdır, təbii ki burda söhbət 3 günlük münasibətlərdən getmir. Niyə insanlar aralarındakı münasibət bitərkən təəccüblənir,hətta depressiyaya girirlər, "o belə biri deyildi" deyə düşünürlər. Əslində cavab çox bəsitdir. İnsanlar bir-birini tanımağa çalışmırlar. Gəlin mövzuya bu aspektdən yanaşaq. Universitetə daxil olduqdan sonra(universitet şərti xarakter daşıyır) əksərən tələbələr arasında bir qruplaşma yaranır, bu ilkin görünüşdə eyni frekanslara sahib olan insanların bir-birinə yaxınlaşmasıdır, bir müddət eynilə ilk günki kimi davam edən səmimiyyət, daha sonra "nədənsə" pozulur. Bu "nədənsə" yenə bir-birini tanımamaqdan irəli gəlir. Misal, həmin o qrupda 4 nəfər varsa onların hər biri çiyələk sevdiklərini bilirlər, düşünürlər özləri kimisini tapıblar. Amma bilmirlər, bəlkə də tək ortaq nöqtələri budur, bunun tək açıqlaması var o insanlar təklikdən qorxur, ona görə keyfiyyətli təklik yerinə keyfiyyətsiz topluluğu seçirlər. Bu partnyor münasibətinə də aiddir, çox zaman tərəflər heç bir-birini dərindən tanımadan sevgili olur hətta bəzən ailə qururlar. Söhbətləri tutmadıqda, ən xırda fikirləri ayrı düşdükdə bir-birlərini qəbul edə bilmirlər və deyirlər ki "sən əvvəl belə deyildin, dəyişmisən". Əslində olan, o dəyişməyib, o elə o idi, sən tanımağa çalışmadın. Bundan sonra isə digər insanların hamısını bir tutmaq mərhələsi gəlir, güvənsizlik başlayır. Xülasə, bir restorana getməklə müqayisə etsək, çalışın sizə veriləni götürməyin, istədiyinizi alın, həyat sizin qarşınıza hər cür insan çıxara bilər, əsas sizin kimi axtarmağınızdır. Mənim də olsun deyə düşünüb bir yola başlamayın. Teomanın bir musiqisində deyilir ki: " aşk kırıntısıyla doymaktansa tek başıma kalırım bu hayatta". Gününüz uğurlu keçsin 🌸
·
117 görüntüleme
Nahid okurunun profil resmi
"Sevgi bilməkdən doğar"
Mevlana Celaleddin-i Rumi
Mevlana Celaleddin-i Rumi
Elviyyə Babayeva okurunun profil resmi
Haqlı fikir, yerində nümunə, təşəkkür edirəm Nahid bəy!
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.