Gönderi

Yedigey bir tərəfdən də özünə təəccüb eləyirdi, elə ağrıyıb-acıyırdı ki, elə bil onların başına gələn işlərin onun özünə dəxli vardı. Axı bu adamlar onun nəyi idi? Axı o, özünə deyə bilərdi ki, bu sənin ağlın kəsən şey deyil, sənə nə qalıb? Bir də sən kimsən ki, haqqın olmayan işlərə baş qoşursan, haqq-hesab aparırsan? Zəhmətkeşin, çöllünün birisən, dünyada sənin kimilərin sayı-hesabı yox, sənmi qəzəblənməlisən, sənmi hirslənməlisən, həyatda nəyin ədalətli, nəyin ədalətsiz olduğu barədə sənmi öz vicdanını narahat eləməlisən? Axı bu işlərin başında duranlar, yəqin ki, sən Boranlı Yedigeydən çox bilirlər. Sənin bu Sarı-Özəkdə bildiklərin hara, onların orada bildikləri hara!.. Axı sənin nə dərdinə qalıb? Di gəl ki, nə qədər eləyirdi sakit ola bilmirdi ki, bilmirdi.
Sayfa 124Kitabı okudu
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.