Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

88 syf.
7/10 puan verdi
·
Beğendi
İnceleme
Kitabı seçmə səbəbim təbii ki, yazarın Balaca şahzadənin yazarı olması idi. O qədər möhtəşəm əsər yazan adam başqa nələr edib deyə düşünərək oxudum. İlk başda frustrasiyaya uğradım. "Bu iki əsəri yazan eyni adamdır mı?" deyə. Sonra bu əsərin Balaca şahzadədən öncə yazıldığını xatırlayıb davam etdim. Əsər Argentinada bir hava limanında baş verənləri ələ alır. Təbii ki, 20 ci əsrin əvvəllərindəki tablo ilə. O dövrdə gecə uçuşlarının nə qədər təhlükəli olduğunu əsərdə tam çılpaqlığı ilə görmək olur. Təbii ki, sadəcə hadisələri nəql etməklə iş bitmir. Əsas olan hekayədir. Hekayəni yaradan isə insanlararası münasibətlər. Üstəlik əsər bizə həm də iş yerində qoyulan qaydaların bir baxıma mənasız olduğunu sorğuladır. O an indiki iş mühitini görsə havalanardı deyə düşündüm). İnsanlarla bərabər çalışır kimi görünüb, bütün savaşlarını tək başına verən pilotları düşünəndə insan öz həyatı ilə istər-istəməz müqayisə edir. Əslində hər kəs öz həyatında savaşını tək başına verir. İnsan onu təyyarəni yerə endirəndə görür. Bəziləri gec endirdi deyə danlayır. Bəziləri yaxşı endirdi deyə paxıllıq edir. Bəziləri isə qəza etdiyinə görə onun özünü günahkar görür. Hansı ki, onu gecə qaranlığında uçuşa göndərənlər bunu ən çox edənlərdir. Hər nə olursa olsun, insanların həyatlarını müqayisə etmək, qınamaq bizə görə olmamalı. Zatən əksəriyyət bunu edir. Müəllifin də istədiyi budur. Ya da mən belə anladım.
Gece Uçuşu
Gece UçuşuAntoine de Saint-Exupéry · Zeplin Yayınları · 20192,507 okunma
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.