Gönderi

Dünyadan köçmüş adamlara bilirsizini niyə belə hörmət-izzətlə yanaşırıq? Səbəbi çox sadədir. Onlara münasibətdə real, gerçək şərait iştirak etmir. Azadlıqdakı hazırkı yerimizi dar eləmirlər, vaxta qənaət etmədən, kokteyl içdiyimiz zaman, yaxud gözəl bir məşuqə ilə görüş zamanı vəcdimizi istədiyimiz şəkildə havaya sovura bilərik. Onların bizi məcbur elədiyi bir şey varsa, o da yaddaşdır, onlar haqqında xatirələrdir, ancaq bu andıra qalmış yaddaş tez-tez ölüb-dirilir, qısaqapanmalar baş verir. Yox, biz yalnız dostlarımızın ölümü ilə bağlı təzə xatirələri özləyirik, təzə dərdi, qüssəni - yəni, həm də özümüzü!
·
17 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.