Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

144 syf.
·
Puan vermedi
·
5 saatte okudu
Uzun zamandır oxumaq istədiyim, mənə çox maraqlı gələn kitablardan biri idi və kitabxanada təsadüfən qarşıma çıxdı. Dünən kitabı oxumağa başladım və fasilərlə elə 1 gündə bitirdim. "Heyvanıstan" povestində Corc Oruell hakimiyyətin bir sözlə əsl qaranlıq iç üzünü üstüörtülü şəkildə oxucuya çatdırmağa çalışıb. Həmdə heyvanların dilindən... Artıq insanlara itaət etməkdən bezən heyvanlar Qoca Mayorun yəni donuzun ölmədən öncə onlara dediklərinin nəticəsində öz hakimiyyətlərini qurmaq üçün insanlara üsyan qaldırırlar. Burada Qoca Mayor dedikdə Lenin nəzərdə tutulur. Tezliklə onlar ferma sahibini malikanədən qovub burda özləri hökmranlıq etməyə başlayır. Əvvəlcə Mayorun davamçıları-Snouboll və Napoleon heyvanlara xoşbəxt gələcək, istədikləri qədər yem, azadlıq vəd edirlər. Heyvanlar üçün təyin olunan 7 prinsipin sonuncusunda isə bu sözlər yazılır. "Bütün heyvanların hüquqları bərabərdir" Əvvəlcə hər şey heyvanların istədiyi kimi olur. Lakin hadisələrin sonrakı gedişatında hər şey dəyişir. Berkşir donuzu-Napoleon rəhbərliyi ələ alır. Heyvanlar yenə də əvvəlkindən də artıq işləməyə başlayırlar. Lakin onlardan heç biri narazılığını bildirə bilmir. Böyük hərflərlə ferma divarına yazılan prinsiplərdə bəzi dəyişikliklər baş verir. Heyvanlar isə heç bir etiraz etmir, bütün bunlarla tilsimlənmiş kimi razılaşmağa məcbur edilib, aldadılırlar. Daim keçmiş ferma sahibi Consun geri qayıtması ilə hədələnirlər. Aradan illər keçir. Napoleon körpəlikdən bəri yetişdirdiyi itləri (KQB) ilə fermada istədiyi kimi hökmranlıq edir. Və bir gün qonşu fermalardakı insanlar ilə danışıqlar başlanır. Napoleon insanları malikanəyə dəvət edir və onlarla müttəfiq olmaq barədə söhbətlər aparır. Digər heyvanlar isə bütün bu olanları pəncərədən izləyirlər. Sonda pəncərədən ayrılarkən eşitdikləri səslər üzündən çönüb arxaya baxırlar və gözlərinə inana bilmirlər... Əsərin ən sevdiyim hissəsi sonu oldu deyə bilərəm. Çox ibrətamiz və düşündürücü bir son idi. Corc Oruellin zəkasına heyran qaldım bu kitabla. Məncə idarəçilik, cəmiyyətdəki ədalətsizliklər bundan yaxşı təsvir oluna bilməzdi. Son olaraqda 7-ci prinsipin dəyişdirilmiş forması: "BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR. LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR!"
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,9bin okunma
·
1 artı 1'leme
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.