Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Fantastik kitabları sevməsəm də buna bayıldımm. Kitab bir savaş məktəbinə qəbul olmuş bir qızın həyatından başlayıb, tanrıların gücü ilə ölkələrin yandığı bir nöqtəyə qədər uzanır. Başlarda sadə və əyləncəli gedir, personajları tanıyırıq və onların məktəbdəki sərgüzəştlərindən bəhs edilir. Daha sonra ölkədə başlanan müharibə ilə hamsının həyatı alt-üst olur. Çox sarsıcı epizodlar var, oxuya bilmədiyim hissələr oldu. Kitab baş qəhrəman Rinin məktəbə gəldiyi vaxtdan etibarən həyəcanını qoruyur. Bəzi hissələrdə hadisələr çox sürətli yaşanır, əsas da müharibənin başladığı hissədə. Ümumiyyətlə kitabın əvvəli ilə sonu elə bir başqa kitablardı. Əsərdəki bir çox personajın özünəməxsus maraqlı bir hekayəsi var, hadisələr 1 ya 2 nəfər ətrafında getmir. Bir maraqlı tərəf də odur ki əsərdə sevgi hekayəsi yoxdu. Fantastika ilə tarixi bir kitabın qarışığı kimidi çünki kitabda real yer adları çəkilir və Çin mədəniyyəti əsasında yazılıb. Kitab trilogiyadı, növbəti oxuyacağım kitab da bunun davamı olacaq.
Haşhaş Savaşı
Haşhaş SavaşıR.F. Kuang · İthaki Yayınları · 2021987 okunma
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.