Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
5/10 puan verdi
·
9 günde okudu
Valideynləri Ukrayna yəhudisi olan, alman dilində yazıb yaradan, Bakıda doğulub böyüyən və İtaliyada ömrünü başa vuran Qurban Səidin həyatına aid ciddi bir araşdırma oxumuşdum yaxın günlərdə. Qurban Səidin həyatı ilə yaxından tanış olan biri üçün bu əsərdə həyatından izlər tapmaq çox asandır, Berlində türkologiya tədqiqatı aparmaq, Osmanlı tarixi ilə maraqlanmaq, Şərq mədəniyyətini dərindən mənimsəməyə çalışmaq - bunlar əslində kitabımızın qəhrəmanı Asiadeh kimliyinə bürünmüş Qurban Səidin özüdür. Təsadüfi deyil ki, öz yəhudi kimliyindən qurtulmaq üçün Lev adından imtina edərək Qurban Səid adını götürmüş və həmişə özünü şərqdən biri olaraq hesab etmişdir. Əsərdə isə çatışmayan şeylər o qədər çox idi ki, əsərdən çox sanki Qurban Səidin beynindəki fikirləri oxuyurdum, qəhrəmanların heç biri ilə yaxınlıq qura bilmədim. Bəzi dialoqlar sanki az-maz daxili dünyalarını anlamaq üçün yol kimi görünsə də, növbəti hissədə hər şey başa dönürdü. Baş qəhrəman mütəmadi olaraq şərqi xatırlayır, öz adət-ənənələri üçün yaşamağa çalışır və sonda da yolunu o cür seçir. Qurban Səidin şərq və qərb arasındakı fərqi izah etmək üslubu kobud idi, əsas problem bundadır. Əlbəttə ki, indi oturub şərq-qərb müqayisəsinə baxmaq daha rahat gəlir insana, çox şey dəyişərək bir-birinə yaxınlaşıb, amma müəllif də şərqin və qərbin insanını fərqləndirmək üçün çox ifrat nöqtələrə toxunub, zənnimcə, çox insan həyatını elə pik nöqtələrdə yaşamır. Bu səbəbdən roman sürreal ovqata bürünmüşdü.
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said · Qanun Nəşriyyatı · 201867 okunma
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.