Gönderi

344 syf.
·
Not rated
·
Read in 7 days
Propaqanda fetişizmi
Əfqanıstan haqqında yazılmış kitab, məqalə, roman, çəkilmiş filmlərin yüzdə-doxsanı məşhurluğa gedən yoldur çoxları üçün. Özlərini sivilizasiyanın mütləq qurtarıcısı bilən kapitallı sistem, fürsətdən çox yaxşı yararlanaraq xoşuna gəlməyən istənilən toplumu qaralama ilə məşğuldur. Bundan özünə sərf edən xalı tutan "bacarıqlı" yazarlar var. Xüsusi canfəşanlıqla ölkəyə edilənləri malalamağa çalışıb, xalqı gerilikçi, qəddar, radikal obrazda təqdim edib yalnız kənar müdaxilənin güya işıqlı yol olduğunu sırımağa çalışmaq çox iyrənc görünür. Sətiraltı, sətirüstü dəyərlərə rişxənd, kimliyi alçaltma göz çıxarır. Çoxları üçün "aman Tanrım necə də qorxulu cəmiyyətdir" fikri yaranır əlbəttə belə romanlarda, sual verən də yoxdur ki, ay balam bəs noldu elə hamısının yazı və üslub tərzi eyni oldu? Bəli, çoxlu reformlar və savadsızlıqla, radikallıqla mübarizə aparmaq lazımdır, ancaq bu o demək deyil ki, insanlar bunu istəmirlər yaxud ancaq top-tüfəng arzusundadırlar. Sadəcə imkan vermək lazımdır özləri öz yollarını getsin, kənar müdaxilələrdən qopsun və lənətə gəlmiş xaşxaş ticarətini durdursun. Xanım yazarı görsəm bir gün, məhz bu cür də deyəcəm, sadəcə təəssüf.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020176 okunma
·
121 views
VüsaIe Quluzadeh okurunun profil resmi
Kitab haqqinda arasdirma etmisiniz yoldas Abbasov?
Zaur okurunun profil resmi
Müəyyən qədər bəli, məhz nəyi nəzərdə tutursunuz? Əvvəla roman əlavə izah və araşdırma tələb edirsə bu da onun hədəfinin ikibaşlı olduğunu müəyyən qədər biruzə verir. Digər məsələ, izaha ehtiyac tutalım var, bu romanın gözçıxaran rişxənd üslubunu ört-basdır edir ki?
3 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.