Dünyanın "papaq aldı-qaç" oyunu
10/10
·264 syf.··
Beğendi
·
2025 74. kitabı
Başlıq olaraq necə başlayım deyə,nə yazım deyə çox düşündüm. Elə bir kitab oxudum ki, kitab bir yana dursun mənim hislərim,düşüncələrim alt-üst oldu. Nədən başlayım nəyi deyim bilmirəm. Bu sözləri yazmaqda məqsədim isə belə gözəl,mənalı bir kitabın incələməsi bir yana,alıntısının olmaması,oxuma sayısının azlığı doğrusu məni təccübləndirdi. Bu səbəbdən düşündüm ki,niyə də yazan mən olmayım? İlk öncə kitabın yazım dili,sənətkarlıq xüsusiyyətlərini şərh etmək istəyirəm. Kitabın epiloqundan sonra müəllifin öz əlyazması ilə yazdığı, "Dünyanın "papaq aldı-qaç"oyunu" başlığı altındakı mətni çox təsirli idi. Bəzi həqiqətləri gözümə gətirdi və tək təsəllim bu idi ki,istər kitabı oxuyanda,istər əlyazmanı oxuyanda Qarabağı azad etmişik,Qarabağ yenidən və həmişə olduğu kimi doğma yurdumuzun tərkibindədir. Lakin bunlar yenə də, 2003-cü ildə yazılan bu kitabda keçirilən hisslərə,hadisələrə laqeyd baxmağıma imkan vermədi. Kitabı tək kəlimə ilə ifadə etsəm o qədər darmadağın oldum ki,içim sızlamadı,içim məhv oldu mənim. Burda hansı həyata yanım,hansı hala ağlayım bilmədim. Kitabın dili olduqca axıcı və şirin idi,gəl görəsən ki,hadisələr zəhərdən betər acı idi,ilk sətirlərindən bizi müəllifin dili ilə qarşılayan bu kitabda, müəllifin də dediyi kimi, Qarabağda bizim,Azərbaycanlıların başına gətirilən hadisələri tam anlamıyla əks etdirən,təsvir edən müəkəmməl bir əsər yoxdur. Axı,o insanların halının,yaşadıqlarının yüzdə bir faizini belə eşidəndə,oxuyanda bu qədər dözə bilmiriksə,bunun qat-qat əzablısını yaşamaq,insanı görün necə məhv edir. Burdan bütün səsimlə çıxış edirəm: "Məhv olsun,o insanlıq ki,anları,qızları,bacıları əsir düşüb,namusu tapdalanıb,ləyaqətlərini itirməsinlər deyə,əşya kimi görülməsinlər deyə öz əlləriylə güllələməyə məcbur qalan neçə İsrafil əmiləri görmədi deyə;o insanlıq ki, öz paltarının ipiylə erməni vəhşiliklərinə dözməyən özünü asan neçə Qiyamət nənə kimilərinə etinasız yanaşdı deyə; o insanlıq ki, 14 qurbanla,neçə il sonra dünyaya gələn,Şeyda bacının övladına rəhmi gəlməyib,onu elə ana qucağında suya həsrət qoyaraq öldürdülər,bunlar bizi dayandırmadı, Şeyda bacı kimilər erməni dığaları qarşısında öz qeyrətləriylə əli yalın döyüşüb,erməni öldürməsi bəs?bir insanı buna nə məcbur edə bilər?bu suala cavab verilmədi;o insanlıq ki,hamilə qarnı vəhşicəsinə yırtılıb dünyaya gözünü hələ açmayan körpəciyəzi təpiklə tullayıb,ana qarnından ayaqabıları ile ayrıb,neçə Ceyran kimi gəlinlərimizin son nəfəsini duymayıb,harayını,fəryad səsinə qulaqlarına pambıq taxdılar deyə;o insanlıq ki, Xurşud müəllim kimiləri döşləri kəsilib,təhqirə uğrayıb,bədəni damğalanmasını örtdülər,buna gözlərini yumdular deyə;o insanlıq ki, neçə Qurqen kimi vətəni içdən satan,vətənə arxa dönən qanında erməni qanı daşımadan erməni olanları dəstəklədi deyə;o insanlıq ki,özü ölsə balasını daha çətin günlər gözləyər deyib özünü hər zülümə,əzaba,düşünə biləcəyiniz,bilməyəcəyiniz bütün iyrəncliklərə tab gətirən,özünü balasına sipər edən neçə İsmət ana kimilərin ahını eşitmədi deyə; və neçə adını çəkə bilmədiklərim... Axı niyə? Bu insanlar bunu yaşayanda dünya nə edirdi? Mən bunları görməyən,eşitməyən,görübdə yan ötən,laqeyd qalan bütün insanların ölümünü,məhvini arzulayıram." Bunlar mənim yanğılı səsimdi,qəlbən deyirəm ki,nifrətim həmişə belələrinə var olacaq. Kitabdakı hadisələrdən danışmaq istəyirəm,əgər kitabı yuxardakı sözlərimdən sonra oxumağa həvəslənənlər,bundan sonrakı yazdıqlarımı oxumasınlar,çünki kitabın məzmunundan danışıb,bir çox hadisələrə yanaşmamamı bildirəcəyəm,ola bilsin ki,bu yazılarım oxuyacaq olanlara spoiler olub,maraqlarını qaçırtsın. Məzmununa gəldikdə isə, öz doğma torpaqlarında yaşayan, Qarabağlarından bir gecə heç bir səbəb olmadan,əlisilahlı canilərin vəhşilikləri ilə oyanıb,yurdlarından məcbur çıxmaları üzərinədir. Həmin canilər ki,mənim xalqımın artığı ilə dolanıb,içlərindəki nifrət,kini çulğalayıb yedikləri süfrəyə təpik atan,qudurmuş bir qrup erməni dığalarının,hər sətirdə etdiyi vəhşilikləri oxuyarkan özümə gələ bilmirdim. Baş obrazımız hələ 9 yaşında uşaq olan Rəhimənin bir gecə oyanıb ailəsiylə evini tərk etməsindən,onun diliylə danışılır. Hadisələrin əsas danışan bu obrazımız yaşadığı,gördüyü hər vəhşiliyi ilk zamanlar öz başa düşdüyü uşaq baxış açısından yazıçıya danışan Rəhimə,artıq zaman keçdikcə acılarla böyüyür,yaşı dəyişməsə belə dərdi,fikirləri,əsasəndə yaşayıb,gördükləri onu böyüdür. Biz Rəhimənin,anası ilə əsirliyə düşməsi,hər gün onlara odun gətirən erməni Aşot vəhşisinin Rəhimənin bir gözünü çıxartması,orda kəndlərdəki qadınları bir tövləyə yığıb onlara zülüm etmələri, hər abzas ayrı bir obrazın həyat hekayəsindəki dəhşətli məqamların dilə gətirilməsi,mənim Azərbaycanlı qadınlara olan məhəbbətimi o qədər üstləmişdi ki,onların özünün gücləri,cəsarətləri məni məətəl qoyurdu. Ürəyim onlara yanasa da, belə qeyrətli qadınlarımızla fəxr etdim. Ermənilərin düşünülməmiş vəhşilikləri belə onların üzərində yoxlayanda onların tək sığıncağı yalnız Allah olurdu. Burdakı əsir həyatını danışmağa mənim gücüm çatmır. Ana və qızın (İsmət və qızı Rəhimədən söhbət gedir.) əsirlikdən sonra Samuel adlı bir ermənin evindəki iztirablı həyatları daha yaşanmayacaq hala gəlir. Sonradan başlarına gələnləri isə yalnız sizin oxumağınız lazımdır. Hər şey bir yana,məni qovurub yandıran o oldu ki,"qaçqın" kimi sinifləşdirilərək Qarabağdan-Bakıya gələn məcburi köçkünlərimizə,öz qanımıza özümüzkülərin münasibəti heç də ürək açan deyildir. Öz xalqından olan birinin başına bu müsibətlərin gəldiyini bilib,üstün səkkiyə verilməsi,"bu nədir belə?" "mən nə oxuyuram?" dedim. Və çox maraqlı bir düşüncə yarandı məndə,biz tarix boyu unutqan,yaddaşı zəif bir xalq olmuşuq. Hələ uşaqları beşikdəykən "türk sənin düşmənindir." deyə qulağına fısıldayan ermənilərə, qucaq açmışıq o zaman? Bu bir yana öz-özümə "Yaralarımız nə zaman sağalar?" sualını verib,özüm cavabladım: "Onu açanı unutmadıqda və yaramıza nəvaziş göstərəndə" unutmayın ki yaranız bu müsibətləri yaşayandır,yaranı açan isə erməni. Və biz keçmişimizi unutsaq onda daha müsibətli gündə olarıq, o zaman hansı üzlə neçə canını bizim uğrumuzda,vətən uğrunda fəda edənlərin üzünə baxacağıq? Gəlin unutqanlığın daşını atıb,elə ilk addımı Rəhimənin və neçə onun kimilərin həyatını oxuyub,gözlərinizdəki pərdəni aralamaqla başlayın. Əzizlərim,bizim bizdən başqa heç kimimizin olmadığın bilin. Zəngulə sizin vicdanızın ürək ağrıdan səsidir,onu susdurmayın.
Qarabağ
ZənguləNüşabə Məmmədli · Bakı, İdeal-Print · 201011 okunma
·
2 +1'leme
·
121 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.