q

Qarabağ

0 üye
Takip
Nə özünüz insan kimi yaşayırsınız, nə başqalarını qoyursunuz. Qulağınızın dibini görərsiniz, "böyük Ermənistan"ı görəndə!
Sayfa 58
Qarabağ
Qarabağ - Azərbaycanın gəlinidir! Hansı qeyrətli kişi gəlinini yada verər?
Sayfa 31
Qarabağ
Reklam
Dünyanın "papaq aldı-qaç" oyunu
10/10
·264 syf.··
Beğendi
·
2025 74. kitabı
Başlıq olaraq necə başlayım deyə,nə yazım deyə çox düşündüm. Elə bir kitab oxudum ki, kitab bir yana dursun mənim hislərim,düşüncələrim alt-üst oldu. Nədən başlayım nəyi deyim bilmirəm. Bu sözləri yazmaqda məqsədim isə belə gözəl,mənalı bir kitabın incələməsi bir yana,alıntısının olmaması,oxuma sayısının azlığı doğrusu məni təccübləndirdi. Bu səbəbdən düşündüm ki,niyə də yazan mən olmayım? İlk öncə kitabın yazım dili,sənətkarlıq xüsusiyyətlərini şərh etmək istəyirəm. Kitabın epiloqundan sonra müəllifin öz əlyazması ilə yazdığı, "Dünyanın "papaq aldı-qaç"oyunu" başlığı altındakı mətni çox təsirli idi. Bəzi həqiqətləri gözümə gətirdi və tək təsəllim bu idi ki,istər kitabı oxuyanda,istər əlyazmanı oxuyanda Qarabağı azad etmişik,Qarabağ yenidən və həmişə olduğu kimi doğma yurdumuzun tərkibindədir. Lakin bunlar yenə də, 2003-cü ildə yazılan bu kitabda keçirilən hisslərə,hadisələrə laqeyd baxmağıma imkan vermədi. Kitabı tək kəlimə ilə ifadə etsəm o qədər darmadağın oldum ki,içim sızlamadı,içim məhv oldu mənim. Burda hansı həyata yanım,hansı hala ağlayım bilmədim. Kitabın dili olduqca axıcı və şirin idi,gəl görəsən ki,hadisələr zəhərdən betər acı idi,ilk sətirlərindən bizi müəllifin dili ilə qarşılayan bu kitabda, müəllifin də dediyi kimi, Qarabağda bizim,Azərbaycanlıların başına gətirilən hadisələri tam anlamıyla əks etdirən,təsvir edən müəkəmməl bir əsər yoxdur. Axı,o insanların halının,yaşadıqlarının yüzdə bir faizini belə eşidəndə,oxuyanda bu qədər dözə bilmiriksə,bunun qat-qat əzablısını yaşamaq,insanı görün necə məhv edir. Burdan bütün səsimlə çıxış edirəm: "Məhv olsun,o insanlıq ki,anları,qızları,bacıları əsir düşüb,namusu tapdalanıb,ləyaqətlərini itirməsinlər deyə,əşya kimi görülməsinlər deyə öz əlləriylə güllələməyə məcbur qalan neçə İsrafil əmiləri görmədi deyə;o
Qarabağ
ZənguləNüşabə Məmmədli · Bakı, İdeal-Print · 201011 okunma
Könüllər dillənir zənguləsində; Hər təzə havaya təzə söz seçir
Müəllif yazır: "Zəngulə" bir yurdun,bir elin,bir ölkənin, bir xalqın fəryadıdır, korun-korun közərən,közərdikcə yanğısı artan,artıqca xəcalətdən köynək-köynək ət tökdürən ittihamdır. Əlavə edirəm: "Zəngulə" sizin vicdanızın ürək ağrıdan səsidir,onu susturmayın.
Sayfa 4·Kitabı okudu
Qarabağ
Ey vətən, sən necə səxavətlisən, Vüsalı olubsan bütün hərkəsin. Diqqətlə dinlə bir eşidirsənmi? Qarabağ deyəndə hicranın səsin. ~Rüqəyya Şükür.
Qarabağ
Hamısını bir-birinə oxşadıram şəhidlərin. Eyni məğrur duruş, eyni qartal baxışlar, eyni qalib təbəssüm.. Bu an danışa bilsəydilər, daşların bağrında dil aça bilsəydilər əgər bu şəkillər, əminəm, səsləri də, sözləri də eyni olacaqdı: "Vətən sağ olsun!" -deyərdilər bir ağızdan.
Sayfa 140·Kitabı okudu
Qarabağ
Reklam