Tahmini Okuma Süresi:
4 sa. 32 dk.
Sayfa Sayısı:
160
Basım Tarihi:
2017
Yayınevi:
Altun Kitab Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·160 syf.··
Beğendi
·
2024 1. kitabı
Marafonun dördüncü kitabı Arif Əliyevin "Yalama" sənədli povesti oldu. Kitabda 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana daxil olmasından, əsgərlərimizin zəif imkanlara baxmayaraq göstərdiyi qəhrəmanlıqdan bəhs edilir. Kitabın əsas sualı budur - millət öz böyüklüyünü torpaqlarının genişliyi, yoxsa ruhunun ucalığı ilə təsdiq etməlidir?
Edebiyat
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma
"YALAMA QƏHRƏMANLARI"
7/10
·160 syf.·
2024 28. kitabı
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Türk Tarihi
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma
Əsgərlər vurulanda yox, unudulanda ölürlər.
3/10
·160 syf.··
2023 16. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Ekim 2023 08:53
(Spoiler var) Arif Əliyevin bu əsəri 20-ci əsrdə 11-ci Qırmızı Orduya qarşı vuruşmuş Yalama müdafiəçilərinin qəhrəmanlığından bəhs edir. Bununla belə AXC dövründə baş verən siyasi prosesləri, o dövrün böyük adamları, xüsusilə də, Xoyski, Hacınski, Mehmandarov, Əliağa Şıxlinski kimi dövlətin siyasi prosesində mühüm rolu olan insanların həyatı bədii dillə anlatılır. Bu da, bir qədər onları yaxından tanımağımıza kömək edir. Biz hadisələrin xronologiyasını 4-cü Quba alayının bölük komandiri Ağaəli Babazadənin gözündən izləyirik. Lakin yazar bəzi məqamlarda bu qaydanı pozur. Xüsusilə də, mənim yadımdadır, Stalinlə olan səhnələr, daha sonar Atatürkün Azərbaycanla, Sovet hökuməti ilə bağlı fikirlərini söylədiyi səhnələr. Əsərin mənə görə müsbət cəhətləri bunlardan ibarətdir: 1. Sevgini saf şəkildə anlatması Nərgizlə Ağaəli olan səhnələrə yazar həddindən artıq məsumluq qatmışdı və bu mənim çox xoşuma gəlmişdi. Sonda Nərgizin qəfildən çönüb Ağaəlinin dodağından öpməsi və ona “Mən səni sevirəm” deməyi səhnəsi əslində bir çox şeyi deyir mənə görə. ( həmin vaxt Ağaəli bunu eşidəndə etiraz etmişdi, amma əminəm ki, xoşuna da, gəlmişdi). AXC dövründə insanlar şərq mədəniyyətdən yavaş-yavaş çıxmağa və qərb mədəniyyətinə doğru addımlamağa başlayırdılar. Burada da, buna eyham vurulur. Hətta orada Ağaəli etiraz edərkən oxuduğu kitabların ona təsir etdiyini deyir. Belə ki, artıq 20-ci əsrin əvvəllərindən qadınlar üçün məktəb açılmağa başlamışdı. Bu isə insanların düşüncəsinə tamamilə təsir edirdi. 2. Azərbaycan döyüşçülərinin həm də, ümidsiz vəziyyətini göstərməsi Bilirik ki, əksər vətənpərlik haqqında yazılmış kitablarda azərbaycanlı döyüşçülər çox şişirdilir, onları insanüstü varlıqlar kimi göstərirlər. lakin bu əsərdə azərbaycanlı döyüşçülərimizin də, çətin vəziyyətlərdə ümidsiz
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma
Bu kitabı tərəddüd etmədən oxuyun.
Puan vermedi·160 syf.··
2023 5. kitabı
·
8 günde okudu
·
Okunma: 09 Kasım 2023 20:49
Kitabı bitirəndə boğazım düyünləndi. Bh kitab Azərbaycanın keçdiyi çətin yolu mənə hiss etdirdi. Kaş, biz öz qəhrəmanlarımıza, mübariz insanlarımıza, Yalama hadisəsinə, orda canından keçənlərə laiqli qiymət verə biləydik. Onlar haqqında filmlərimiz, cizgi filmlərimiz, kitablarımız daha çox olsaydı. Müasir azərbaycanlı yazarların kitablarını oxuduqda əsasən dil, bədiilik sadə, kobud desək kasad gəlir mənə. Bəlkə də çox oxumamışam deyə bu qənaətdəyəm bilmirəm. Bu kitab isə fikrimcə çox gözəl yazılmışdı. Axıcılığı əla, dili doğma idi, heç yad səslənmirdi. Sənədli povest olduğunu bir daha nəzərinizə çatdırım, tarixi məqamlara sənədli şəkildə yer ayrılıb. Əminəm ki, zövq alacaqsınız. Xoş mütaliələr.
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma
Düşünürəm ki bu kitabı hər bir azərbaycanlı oxumalıdır.
10/10
·160 syf.··
Beğendi
·
2023 34. kitabı
·
25 saatte okudu
·
Okunma: 26 Ekim 2023 00:00
Kitabı bitirər-bitirməz düşüncələrimi və öz təəssüratımı paylaşmaq qərarına gəldim. Düşünürəm ki bu kitabı hər bir azərbaycanlı oxumalıdır. Müəllifin üslubu çox gözəl və axıcı idi. Kitabda bəhs edilən faktlar oxucular üçün kifayət qədər anlaşıqlı olacaq şəkildə qələmə alınıb. Kitabı oxuduqdan sonra 9-cu sinif Azərbaycan tarixi kitabında mövzu ilə bağlı səhifələrə nəzər saldım (s;111) Çox təəssüf etdiyim bir məqam isə tarix dərsliyində bu mövzu barədə sadəcə kiçik həcmdə ötəri məlumat verilməsi oldu. 27 aprel 1920-ci ildə işğalçı Qırmızı Ordu ilə qeyri-bərabər döyüşdə həyatlarından keçmiş gənc Azərbaycan əsgərlərinin xatirəsini dərin hüznlə yad edirəm. Unutmayaq ki əsgərlər vurulanda yox, unudulanda ölürlər.
Tarih-Araştırma
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma

Yazar Hakkında

Arif AliyevYazar · 3 kitap
Aliyev, Arif Aslan oğlu - gazeteci halkla ilişkiler alanında uzman. Arif Aliyev, 31 ağustos 1960 yılında doğdu.