Puan vermedi·320 syf.····Okunma: 13 Mart 2024 10:47 Hər hansı bir kitabı oxuduğum zaman bəzi yerlərində əsəbləşərdim, amma hirsim tez də soyuyardı. Nədənsə bu kitabda bəzi xoşagəlməz hadisələr və sevdiyim bir obrazın ölməsi məni daha çox əsəbləşdirdi. Bayaq əsəbi idim.....indi isə qəmgin......
Nə olardı , bəzi şeylər yazıçının yox məhz biz oxucuların istədiyi kimi qaydasında gedəydi...... Eh ! Nəysə!
Keçid edək kitabın mövzusuna . Lakin kitabın mövzusuna keçməzdən əvvəl bir sual vermək istəyirəm.
Aşağıdakılardan hansı kişi hərəkətidir?
A) Zorlandı deyə sevdiyi qadını ləkəli adlandırıb yarıda qoymaq
B) Ləkəli hesab edilən qadına sahib çıxıb öz arvadın etmək.
Bəzi oxucuların "qardaşının sevdiyinə göz qoydu" cümləsinə nəzərən.......
Hər halda Anarın Nigara olan .....bağışlayın, olmayan sevgisinin çəkisi ortaya çıxmışdı bu yolla. Hər nə qədər Nigar üçün bu yol ağır olmuş olsa belə........
Əslində kitabdakı mövzunun bir qismini yazmış oldum. Amma biraz daha aydın yazım.
Kitab Nigar adlı qızın evə gecikməsi ilə başlayır. Və bu gecikmə Nigarın ailəsini və nişanlısı Anarı narahat edir.
Bir həftə sonra qız evə qayıdır.........Artıq olan olmuşdu.
Və əsas hadisələr də bundan sonra başlayır.
Bir yandan qanun naminə qanundankənar mübarizə aparan "mafiya Zaurun" çətin həyatını, bir digər bölmədə isə öz babası üçün işğal olunmuş kəndlərindən bir ovuc torpaq üçün yola düşmüş 15 yaşlı Zaurun həyatını oxuyuruq.
Və onları birləşdirən Zz tatosu......... Bəlkə də istəmədən edilmiş kiçik səhv "Mafiya Zaura" gözəl xəbərdarlıq idi...... Amma gecikmiş bir xəbər.......
Sonu istədiyim kimi bitməmişdi...... Hər halda bütün hekayələr yaxşı qurtarmır....
Xoş mütaliələr.....☆ Zz☆