Real hekayəyə əsaslanan acı tale!
Bu gün praktikant yoldaşlarımla birlikdə bu ibratamiz və bir o qədər də acınacaqlı insan hekayəsini bitirdik. Elxan Elatlı fanatı olan praktikant rəfiqəm deyəndə ki, gəlin kitabı səsli oxuyum hamımız dinləyək, heç birimiz etiraz etmədik, çünki boş vaxtlarımızı dəyərləndirmək istəyirdik. Mən ekstra sevinmişdim, çünki əvvəllər də müəllifin bəzi kitabların oxuyub bəyənmişdim, üstəlik bir kitabsevər olaraq etiraz edə bilməzdim. Beləliklə 2 həftə ərzində kitabı təsirlənmiş şəkildə oxuyub bitirdik.
GƏLƏK KITABIN MÖVZUSUNA. Kitab acı da olsa həqiqi bir insan taleyinə əsaslanır və mövzusu çox aktualdır. "HƏR BİR GƏNC QIZIN VƏ OĞLANLARIN #y Şantaj :13268 OXUMALI OLDUĞU BİR KİTABDIR" deyərdim. Kənddən oxumaq adı ilə Bakıya gələn Ülkər xalq dilində desək "abır-həyalı", "ismətli" bir qız idi. Bəs onu bu hallara gətirib çıxan nə idi. Qorxu, cəmiyyət, mentalitet, hədə-qorxu bir insanı nə günlərə sala bilər?! Məhz bu kitabda görmək mümkündür. Qadağalardan və valideynlərinin sevgisizliyindən sınanan Ülkər öz qəlbini fəth edən insanlara necə də inanmışdı. Onun acizliyindən istifadə edən "şərəfsizlər" isə cinsəllikdən başqa heç nə düşünməyən, şüursuz heyvandan fərqi olmayan "insanlar" idi.
Kitabda bir daha mentalitetin Azərbaycanda kişi və qadın münasibətlərinə dərin təsirini duya bilirik. Kitabı mütaliə edərkən bu fikir insanı düşündürür: şərəfsiz bir insanın şantajı nə üçün məhz Azərbaycan qadınını narahat edir, qorxudur, ölüməyi bahasına şərəfini və ləyaqətini qorumağa təşviq edir.
Qeyd: Kitabın sonu bizi dərindən təsirləndirdi, bir anlıq fikirləşdik ki, kaş o qızı tapa biləydik. Ümid edirəm, bundan sonrakı həyatında heç olmasa bir az xoşbəxt ola bilər.
Çox sağ ol, Həyat! Bu bir neçə gündə kitabı səsləndirdin və bu səsli kitab ənənəsini qrupumuzda başlatdın.