Gönderi

384 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 23 days
Kitabı Fevral ayında bitirmişəm, amma hələ yeni paylaşıram incələməsini. Və deyə bilərəm ki, bəyənərək sevə-sevə oxudum. Mövzusu haqqında az-çox məlumatım var idi. Amma kitabını oxuyaraq hər bir obrazla ayrı-ayrılıqda tanış olmaq əlbəttə ki, əvəzolunmazdır. Kitabda ataları müharibədə olarkən çoxlu çətinliklərlə üzləşən, kasıblıqla mübarizə aparan 4 bacıdan - Bet, Meq, Co və Emi'dən bəhs olunur. Nə baş verməsinə baxmayaraq onlar heç vaxt çətinliklərə tabe olmurlar, daim xoşbəxt olmaq üçün bir səbəbləri var... Və bu yolda onların ən böyük yardımçıları anaları Marmi Marçdır. Əslində onların həyat hekayələrindən öyrənməli olduğumuz çox şey var. Mərhəmət, mehribanlıq, yardımsevərlik, nəzakətli olmaq və s. Bacıların hər birinin özünəməxsus xüsusiyyətləri bu obrazlara fərdilik qatır. Mənim ən sevdiyim obraz isə Co və onların qonşusu, həmçinin dostları olan Lorens idi. Qısaca belıd eyı bilərəm ki, oxuyun və oxutdurun. Öyrənəcəyiniz çox şey var bu əsərdən. Hələlik, əzizlər. Kitabla qalın..
Balaca Qadınlar
Balaca QadınlarLouisa May Alcott · 013.7k okunma
·
22 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.