Gönderi

Həyat dərsi öyrənən bir şagird müəlliminə deyir: "Daha çox pulum olsaydı, xoşbəxt olardım".Bu zaman müdrik müəllim belə cavab verir: " Xoşbəxtliyin açarı " daha çox" anlayışında deyil. Xoşbəxtlik- öyrənilməli və təcrübədə həyata keçirilməli olan bir incəsənətdir. "Daha çox pul" yalnız o deməkdir ki, siz artıq malik olduğunuzdan bir az çoxuna malik olacaqsınız. "Daha çox pul" sizi yalnız qismətinizə doğru itələyəcək.Belə ki, siz bədbəxt olmağa meyillisinizsə, çox pulunuz olsa belə, bədbəxt olacaqsınız.Qəzəbli olmağa meyillisinizsə, var-dövlət sizi qorxunc bir insan edəcək. Həddindən artıq içki içməyə meyillisinizsə,"daha çox pul"un olması sizə əyyaşlıq ucbatından hər şeyi daha tez puç etmək imkanı verəcək.Digər tərəfdən, siz həyat tərzi və xoşbəxtlik incəsənətinin ustasısınızsa, "daha çox pul" sizə xoşbəxtlik və daxili zənginliyinizi artırmağa kömək edəcək. İş bacarmayan insan milyona sahib olsa, iş bacarmayan milyonçu olacaqdır.Axmaq biri də milyona sahib olsa, əsaslı heç bir şey dəyişməyəcək və o yalnız axmaq milyonçu olacaqdır.Xoşbəxt insan da milyona sahib olan zaman yenə də əsaslı surətdə heç bir şey dəyişmir.O, xoşbəxt milyonçu olur.Nəticədə görürük ki, "milyon" həqiqət etibarilə heç bir şeyi kökdən dəyişmədi
·
40 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.