Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Üç obrazı əsas götürmüşdülər. Pəncərə, qapı, güzgü, məcazi məna da, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güz- gülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mən- zərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgű. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gör düyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarımı çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam, bir qədər susub güldü və əlavə etdi: - Əlbəttə, o demək deyil ki, mən çantamda güzgü gəzdirmirəm
Sayfa 135 - TəhminəKitabı okudu
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.