Gönderi

357 syf.
·
Puan vermedi
·
4 günde okudu
Kitab, Jan Valjan adlı katorqalı bir dustağın başına gələnlərdən, , bir ananın övladını yaşada bilmək üçün tanımadığı ailəyə verməsindən, və ona yad insanlarla yaşayan həmin qızcığazın acınacaqlı həyatından bəhs edir. İxtirası nəticəsində birdənbirə həyatı dəyişən Madlen --- Jan Valjan....... İnsanlara kömək edir, kasıblara əl tutur. Lakin bir gün əsl həqiqətin su üzünə çıxması onu çıxılmaz bir vəziyyətdə qoyur. Və Madlen yəni Jan Valjan artıq qaçaq yaşamağa məcbur olur. Həyat onu Kozetta ilə qarşılaşdırır. Bu qarşılaşma Kozettanın həyatına günəş kimi aydınlıq gətirir. İnsanın etdiyi bir səhv ömür boyu adında ləkə kimi qalır. Və Jan Valjan bu "ləkə " ilə daim mübarizə aparır. Nə qədər yaxşı insan olursan ol ,bir səhvin səni insanların gözündə hər zaman müqəssir edir. Bu Jan Valjanın qaçmaqla , insanlara etdiyi yaxşılıqlarla , dəyişdirdiyi həyatlarla, bəxş etdiyi ata nəvazişi ilə, sonunda qurduğu kiçik ailəsi ilə və sonda bu ailədən getməsi ilə keçən səfil həyatı idi......... Xoş mütaliələr.....
Sefiller
SefillerVictor Hugo · Karınca Yayınları · 200488,2bin okunma
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.