Gönderi

Özümü sağaltmağa davam edirəm✨ Heç kimdən heçnə gözləmədən. Bu zamanlara kimi ən böyük səhvlərimdən biri qarşımdakı insanları özümdən daha çox sevməyim olub, özümü dəyərsiz görməyim.. Dəhşət.. Pilates dərslərimin 2 ayını tamamlamam üçün 3 dərsim qalıb. Yogada ilk praktikam isə bugün oldu. Özünü inkişaf, özünü dərk.. Monoton həyatdan uzaqlaşmaq mənə o qədər xoş təsir bağışlayır ki. Aktiv həyat tərzi və insan əlaqələri o qədər maraqlı və öyrədici olurlar ki. Hazırda zövq alaraq etdiyim şeylərdən biri də özümə (qardaşım da mənə qoşulur) sağlıqlı səhər yeməyi və salatlar hazırlamaqdı. Bir söz vardı “Xoşbəxt olmaq üçün uğur qazanmağı gözləmə. Xoşbəxt ol, uğur səni özü tapacaq” O qədər doğru vurğulanıb bu sözlər. Təbii belə danışmağıma baxmayın mənim içimdə də sağalması qeyri mümkün olan o qədər yara var ki :) ama artıq o yaraları da qəbul edib üzərlərində çiçəklər yetişdirirəm. (Və bəlkə sağalması bir gün qeyri mümkün olmayacaq🌱)
·
3 plus 1
·
238 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.