Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

440 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
"...O, cavab vermədi. Mən göyə baxmağa davam edirdim. O, gözümün qarşısında daha da işıqlanırdı. Sanki üfüqün arxasından günəş doğurdu. Yavaş-yavaş çəhrayı işıq bütün göyü bürüdü. -Axı, şimal şəfəqi ancaq qışda olur, hə? Yayda olmur? -Bu şimal şəfəqi deyil,- Maksim dedi. - Bu, Menderldir. Mən ona tərəf çevrildim, üzünü, gözlərini gördüm. -Maksim, mən dedim.- Maksim, bu nədir? O, maşını dəli kimi qovurdu. Biz təpənin üstünə qalxdıq, aşağıda, ayağımızın altında Lenyon göründü. Buradan altı mil uzaqlıqda olan Keritin yanındakı mənsəbinə doğru genişlənən çayın gümüş cığırı sola burulurdu. Qarşıda Menderlə aparan yol uzanırdı. Ay batdı. Başımızın üzərində göy kömür kimi qara görünürdü. Lakin üfüq qara deyildi. Onu qıpqırmızı şəfəqlər dəlib keçirdi. Sanki ətrafa qan axırdı. Duzlu dəniz küləyi külü bizim üzümüzə sovururdu..."
Rebekka
RebekkaDaphne du Maurier · Qanun Nəşriyyatı · 2021499 okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.