Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz,atam balası.
Ayları,illəri tutsan boyuna,
Çayları,çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz,atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boynuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə çöləm,nə yol,nə küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən