Bu arada bu kitabın davamı cidden yazılmış olmaq üçün yazılmış şeylərdi. "Səndən Öncə Mən"i oxuyub bitirib hekayəni orada bağlamaq çox daha yaxşı təəssürat saxlayacaq, nəinki çürütməyə davam etmək.//
Və filmindənsə, kitabı yüz qat yaxşıdı.')
Və vurğulamalı olduğum çox vacib bir şey var: Bu seriyanın heç bir kitabını azərbaycanca oxumamağınızı önərirəm. Ola biləcəyindən daha çox tərcümə, hərf səhvləri həqiqətən əsəblərimi pozdu. Çox bərbad idi. İlk kitabı oxuyarkən Cincivadakı old mesajları stalklayarkən Tinuviel'in bu barədə xəbərdarlığını görmüşdüm, ama üşəndiyim üçün (kitabları silib yenidən yükləyib tabletə köçürmək vaxt alır) və bu dərəcədə pis olacağını gözləmədiyim üçün oxumağa davam etdim, təəssüf ki. Bundan sonra dediklərinizi etməli olduğumdan daha çox ciddiyə alacam miss Tinuviel 🌻
(Elena Armasdan kitab oxumaq fikrimin üstündən böyük xətt çəkdim ehehehehe)