Gönderi

224 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 24 hours
Çoox Fədakar olmaqda bədbəxtlikdir!!!
DİQQƏT spoyler var! Roman sevən biri deyiləm, amma bu kitab...
Vəfa Hafiz
Vəfa Hafiz
ilə birlikdə oxuduğum kitab. Bu haqda söhbət edərkən, kitab seçimin Vəfanın seçiminə buraxdım, güvənirdim Vəfaya. Və elədə oldu, Vəfanın seçiminə əmin idim, çox möhtəşəm olan bu kitabı tövsiyyə etdi və birlikdə oxuduq. Vəfayla birlikdə oxuyurdum deyə bir başqa zövq verirdi kitab, məhz elə Vəfa ilə oxuduğuma görə bu kitabdan alıntı paylaşmadım, qısqandım çünki. Mənə elə gəlirdi ki, bu kitab ikimizə aiddir, buna görə paylaşım etməyə qısqanırdım:). Obraz olaraq Qulunu çox sevdim, aşiq oldum ona. Muradla Nuriyyəyə qaldıqda isə, məncə Nuriyyə çox fədakarlıq edirdi, Murad Səadətdən boşanıb Nuriyyə ilə evlənsəydilər daha xoşbəxt olacaqdılar, zatən indi fərqli insanlarla evli olub da, amma qəlbləri yenə bir birindədir. Nuriyyə Muradın uşağın bəhanə edirdi, amma uşaq sevgisiz ailədə böyüməkdənsə atasız böyüsə ondan yaxşı idi. Bəzən cütlüklər övladları üçün məcburi bir evin içində iki yad insan kimi yaşayırlar, amma boşansalar daha çox xoşbəxt olacaqlar, həmçinin uşaqlarda. Mənim üçün evlənməkdə, boşanmaqda xoşbəxtlikdir, çünki boşananda xoşbəxt olmadığın üçün boşanırsanki xoşbəxt olasan. Məncə Murad Nuriyyəyə bu haqda deyəndə, Nuriyyə öz sevgisini etiraf etsə idi, Murad çoxdan boşanıb Nuriyyə ilə evlənərdi və xoşbəxt olardılar. Sevgiləri nakam bitdiyi üçün isə müəllif İlyas bəyə qəzəbliyəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
·
1 plus 1
·
242 views
Vəfa Hafiz okurunun profil resmi
Səninlə oxuyub müzakirə etmək çox gözəl idi, Möcüzə.🌷 Bəyənmənə o qədər sevindim ki.😊 Fikirlərini gözəl qeyd etmisən, amma başda məzmunla bağlı yazdığını qeyd et ki, oxumamış olanlara spoiler olmasın.❤️
Möcüzə okurunun profil resmi
Çoooox təşəkkür edirəm, mənim üçün dəyərli və əziz olan gözəl qəlbli Vəfa💋. Tamam, edirəm indi, bildirdiyin üçün çox sağ ol❤
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.