Gönderi

"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
10/10
·224 syf.··
Beğendi
·
2024 69. kitabı
·
33 saatte okudu
·
Okunma: 23 Mart 2024 21:58
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün @miracleee0808 yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
·
665 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Siddete qarsiyam:) menimde sevdigim eserlerdendir,Efendiyev qelemi 👌
Vəfa Hafiz
Gönderi Sahibi
Şiddəti yığışdırdım.😅 Çox gözəl idi...🥹 Mənim də sevdiklərim arasına daxil oldu.🌸
Vəfaaa, necə eşq dolu təhlil etmisən... Kitabı lap yenidən oxumağım gəldi. Təhlilini oxuduqda necə hisslər yaşadığını hiss elədim sanki. O qədər içdən yazmısan ki. Baxmayaraq ki, bunu whatsapp-da da müzakirə etmişdik, amma özün bilirsən də, sənin təhlillərini çox sevirəm, çünki məsələyə bir aspektdən baxmırsan, çox əla👍. Yerli ədəbiyyatı sevdirirsən də mənə😁. Özün bilirsən də ədəbiyyatın kraliçası kimdi.
Vəfa Hafiz
Gönderi Sahibi
🥹❤️ Bəyənmənə sevindim. Amma ki, sənə dediyim kimi, sözlərim yetmir ifadə etməyə.🥹 Çox sağ ol xoş sözlərin üçün.🩷🩷🩷 Nə xoş mənə ədəbiyyatımızı sevməyinə səbəb oluramsa.🥹 🥹🤭❤️
Dəyərli kitab…Gözəl təhlil🌿
Vəfa Hafiz
Gönderi Sahibi
Gözəl günlərin olsun.🌸
Hər zamanki kimi duyğu dolu, gözəl incələmə😊
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.🥹🌸
El şirin dillə təhlil etmisiniz ki🌸
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.🩷