Gönderi

284 syf.
·
Not rated
Elxan Elatlının bəyəndiyim tək kitabı
Mərtəbələr
Mərtəbələr
"Mərtəbələr" illər öncə oxuduğum və bitirdikdən sonra da mənə təsir edən kitab idi. Yadımdadır ki, hətta bu Kitab sonda bacımı ağlatmışdı. Bu kitabı indiki Elxan Elatlı nifrətim olsaydı oxuyardım ,yoxsa yox bilmirəm, amma kitabdakı ailə münasibətlərinin reallığa uyğun yazıldığını düşünürəm. Əsərdə yaradılan ailə başçısı İbrahimin kasıblığın və mənim gözümdə nankor, düşüncəsiz ailə üzvlərinin qurbanına çevrilməsi tamamilə travma idi. Məhz buna görə də düşüncəsizlik mənim üçün ən pis insan xislətidir. Düşüncəsizcəsinə deyilən sözlər və şəxsdən istənilən hərəkətlər bəzən onsuz da batmış bir insanın tamamilə çökməsinə səbəb ola bilirmiş. Kitab obrazı olsa da, İbrahimin yasını hələ də saxlayıram Bu arada yazanda ağlıma gəldi və qeyd etməyi özümə borc bilirəm ki, Elxan Elatlı öz nanəcib sevgi və sədaqət hislərini az da olsa, heyif ki, bu kitabda da hiss etdirdi. Yaxşı ki, oxuyanda uşaq idim,o vaxtkı balaca Süsən çox diqqət etməyib
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0421 okunma
·
81 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.