Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
·
Puan vermedi
Ben, Kirke
Ben, Kirke
Olduqca axıcı, düşündürən bir kitab olan " Ben,Kirke " oxuduqdan sonra qəlbimi fəth etdi, desəm,yeridir. Mifologiyaya olan marağım məni bu kitaba başlamağa sövq etdi və yaxşı ki, oxumuşam. Bir titanın ailəsində doğulan və çirkin olduğuna görə daima alçaldılan Kirkenin kitabda möhtəşəm obraz inkişafı verilmişdir. İllər keçdikcə Kirkenin kamilləşməsi, səhvlərinin fərqinə varması və onları düzəltmək üçün çabalaması çox gözəl idi. Əslində Kirke demək olar ki, gözümün qabağında böyüdü, özünü əzdirmədi və davamlı olaraq öyrəndi. Oxuyarkən özümü daima Kirkenin yerinə qoydum, bəzən burda nə edəcək deyə düşündüm, amma Kirke sınaqları uğurla keçdi. Qeyd etmək istəyirəm ki, bu kitab mənim Əbədi yaşamla bağlı düşündürdü. Belə qənaətə gəlirəm ki, əbədi yaşamaq olduqca dəhşətlidir. Təsəvvür edin ki, 100 illər keçir, siz artıq bir insanın yaşaya biləcəyi hər şeyi yaşamısınız, amma hələ də əbədi göz yummaq fikriniz yoxdur.Yaxşı,etiraf edim ki,200 il sonrası mənə də çox maraqlıdır,amma heç vaxt ölməyəcəyini və ölə bilməyəcəyini bilmək daha pisdir.Kaş 100 ildən bir dirilib 3 gün yaşayıb dünyada yeni nə olub öyrənib yenidən ölsək hhahsahsh
Ben, Kirke
Ben, KirkeMadeline Miller · İthaki Yayınları · 202134bin okunma
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.