Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
10/10 puan verdi
·
Beğendi
Ən maraqlı "ada" kitabı
Bir vaxtlar macəra, ada əsərlərini çox oxuyurdum. Yeri gəlmişkən ən sevdiklərim Jül Vernin əsərləri idi. Daniel Defo "Robinzon Kruzo" kitabını da həmin vaxtlarda oxumuşam. Deyə bilərəm ki, mənim fikrimcə ən maraqlı, ən həyəcanverici ada əsərlərindən biridir hətta birincisidir. Ada əsərlərinin çoxusunda olduğu kimi bu kitabda da baş obrazımız-Robinzon Kruzo gəmi səyahətinə çıxır. Səhv etmirəmsə ailəsi ilə arasında problemlər yaranır. Çünki atası onun dəniz səyahəti etməsini istəmirdi. Amma Robinzon heç kimi dinləmir və səyahət edir. Daha sonra onların gəmiləri fırtınaya tutulur. Heyətin hamısı həlak olur ancaq Robinzon yaşayır. Gözlərini açanda adada olduğunu görür. Ílk günlər heç bir şey etmir. Ölümü gözləməyə başlayır. Amma sonra özünə adada bir həyat qurmağa başlayır. Və buna uğurla nail olur. Həmçinin bütün yaşadıqlarını da bir yerə qeyd edir. Burada özünə ev qurur, özünü bu adanın hökmdarı kimi hiss etməyə başlayır zamanla. Daha sonra adada bir sıra çətinliklərlə üzləşir. Amma mübarizə aparmağı dayandırmır. Əsər həqiqətən çox sürükləyici davam edirdi. Çoxdan oxusam belə məndə yaratdığı gözəl hisslər həmin vaxtları yadıma saldı. Həyat çox qayğısız idi həmin vaxtlar. Tək qayğım məktəb kitabxanasından aldığım kitabı tez bitirib qaytarmaq idi... Nostalji hissləri də yaşadığıma görə artıq sonlandıra bilərəm:D Xoş mütaliələr!
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201721,9bin okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.