Bu günədək kədərlə, daşla ünsiyyət tapan
Bu nankor, kinli xalqa min yaxşılıq da etsən,
Yenə səni özünə düşmən sanacaq inan:
Tez zay olar əncirin dadlı bəhrəsi barı,
Əgər alaq, cır armud ağacıdırsa hər yan.
Kor deyə çağırıblar lap əvvəldən onları;
Bax, bu paxıl, bu lovğa, bu tamahkar adamlar
Ləkələrdi səni də, itərdi etibarın.