Gönderi

Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr, Hər nə geysəm vücuduma dar gələr, Bu darlığa dözmək olmur, əzizim Əzəl gündən dünya yalan dünyadı, Baha satan, ucuz alan dünyadı Arzuları nakam qalan dünyadı, Dağılana dözmək olmur ,əzizim... Kaş ki, dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə çataydı, Yaşamağım göz yaşımdı, haraydı..... Göz yaşında üzmək olmur ,əzizim Dalğalara yalvarmaqdan bezmişəm Hönkürməkdən,ağlamaqdan bezmişəm, Səndən ayrı yaşamaqdan bezmişəm El-obadan bezmək olmur ,əzizim. Heç bilməzdim daşım belə ağırdı, Bəxtim belə biçarədi, fağırdı, Gedəcəyəm göylər məni çağırdı Daha yerdə gəzmək olmur ,əzizim ~•Vahid Əziz•~
·
18 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.