Puan vermedi·400 syf.··
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Mart 2024 00:51
Hər kəsə salam. Bu platformun yüksək faizini türklər təşkil etsə də öz dilimizdə yazmaq istəyirəm :). Həm də “Şantaj” kitabı haqqında. Elxan Elatlının son kitabını digərlərindən fərqli olaraq bəyənmədim, hətta sonlarını nalə çəkərək oxudum desəm yalan olmaz. Bir qıza(qadına) qarşı çirkin bir şəkildə yönələn şantaj, bu şantajın doğurduğu nəticələr, oğurluqlar, yalanlar, böhtanlar, xəyanətlər, dostluqların zədə görməsi, qohumluq əlaqələrinin ən kiçik sarsıntıda necə parçalandığını görmək məni özümdən çıxardı. Bu şantaj ən sonda da 2 insanın ölümünə və gənc qızın həbsinə səbəb olur. Oxunmasını 70% tövsiyə etməzdim. Bu kitab hər nə qədər bəzi yanlışların bir daha təkrar olunmamasına örnək olsa da, eyni şəkildə saf insanların bu yanlışları təkrar etməsinə yol açır. Sevgilərimlə..
ŞantajElhan Elatlı · Teas Press · 0494 okunma
··
724 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Salam bu kitabda Qanbay Qasımlı obrazı yoxdur?
Nazryn Hajizada
Gönderi Sahibi
Salam xeyr, psixoloji roman idi