Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Dan ulduzum.
Bu qaranlıq gecə nə qədər sürdü, Yetiş imdadıma, ey dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var, Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl onu andır, Gözlərim yolunda, üzüm haqdadır Aman, sən yox demə, ey dan ulduzu!
Əhməd Cavad
Əhməd Cavad
·
140 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.