Gönderi

Dan ulduzum.
Bu qaranlıq gecə nə qədər sürdü, Yetiş imdadıma, ey dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var, Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl onu andır, Gözlərim yolunda, üzüm haqdadır Aman, sən yox demə, ey dan ulduzu!
Əhməd Cavad
Əhməd Cavad
·
214 views
Vəfa Hafiz okurunun profil resmi
Bu gün Əhməd Cavadın 132 illiyidir.🖤
Nadya okurunun profil resmi
Şeirin adı çox gözəldir✨
Vəfa Hafiz okurunun profil resmi
Bəli, çox gözəldir. Fəqət, sadəcə, "Dan ulduzu"dur, mənsubiyyət şəkilçisini mən əlavə etmişəm xüsusi olaraq.✨
3 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.