Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

354 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Özünü idarə etmək
Kitab iş-şəxsi həyat balansı üçün çox yaxşı bir vasitədir. İnsan gördüyü hər bir işdə özünə sual verməlidir . Mən bu işi niyə görürəm? Mən həqiqətən bu işi sevirəm mı? Gördüyüm iş mənə və cəmiyyətə hansı dəyəri qatacaq. Həyat sadəcə işdən ibarət deyil,fikrini təsdiq edən nümunələr var həmçinin. İnsan şəxsi həyatına və sağlamlığına diqqət yetirməsə , işində uğurlu olması çox çətindir. Kitabı oxuduqca empatiya hissinin nə qədər vacib bir ünsür olduğunu,insan münasibətlərinin marsa getməkdən belə çətin olduğu aşikar olur. İş-həyat balansını düzgün qurmaq üçün ilk diqqət edilməsi gərəkən məsələ də ,insan münasibətlərini dərindən öyrənməkdir. Kitabda bir fəsil ,sadəcə olaraq əsəb və stressin düzgün şəkildə idarə olunmasına həsr olunub. Çünki stress həm işimiz,həm şəxsi həyatımız,həmdə sağlamlığımız üçün qarşısı alınmayacaq fəsadlar yarada bilər. Şəxsi inkişaf kitabları oxumağı sevməyən biri olmağıma baxmayaraq bu kitabı çox bəyəndim.
Menecerin əl kitabı
Menecerin əl kitabıKolektif · Teas Press Nəşriyyatı · 02 okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.