Puan vermedi·280 syf.····Okunma: 22 Mart 2024 16:52 Bu kitab məni çox sarsıtdı. Ümumiyyətlə müharibə mövzuları insanı sarsıdır əlbəttə, ama bu kitab incə nöqtələrinə qədər həqiqətləri adamın üzünə çırpırdı. Baş qəhrəmanımız Leyla müharibə ilə tanış olduqda hələ çox gənc idi. Buna görədə müharibə başqalarından ona qat-qat ağır keçirdi. Onun yaşadıqlarından sonra ağlını itirməsi belə möcüzə idi. Onun müharibədən sonra insanlara güvəni qalmaması normal idi. Çünki əvvəl Leylaya xoş davranıb daha sonra isə hamısı eyni alçaq davranışlarını Leylaya göstərirdi. Ona ilk hadisə "Komandir" Beqi ilə başladı. Daha sonra isə Leyla Milanın komandasında da bunlarla qarşılaşdı. Buna görə də o Ratko və dostlarına bir xeyli vaxt inanmadı. Lakin onlar başqaları kimi olmadıqlarını ona sübut etdilər. Ratko məncə ziddiyyətli xarakterdir. Həm Leylanın xilaskarı, həm də onu anlamayan həyat yoldaşı. Ratko Leylanı çox sevirdi, lakin onu istəmədən olsa da incidirdi. Buna görədə Leyla artıq onun yanına qayıtmadı. Və onu anladığını düşündüyü İbrahimə aşiq oldu. Lakin sonralar gördü ki, İbrahim də məhz tipik kişilərdəndir. Ona görədə o həyatına tək oğluyla davam etmək qərarı almışdı. Bundan başqa o müharibənin əsas şahiddlərindən biri idi. Buna görə də həmin cani müharibə iştirakçılarına qarşı məhkəmədə ifadə verəcəkdi.