Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Ömür yolu (uzunca bir şeir)
Əsmiş yellər, yağmış yağışlar. Bu şəhərə iz qoymuş, Hər küçəsinə yad olan baxışlar. Bir ömür keçdi bu küçələrdə, Qəmlə, kədərlə bol, Sözləri sevincə yol. Dönüb baxdım uşaqlığıma, O vecsiz günlərimə, Bütün xatirələrim oyandı, Bu kiçicik şəklimlə. Dönürəm o günlərimə, Bir anlıq keçdim sanki, O kiçicik bədənimə. Ey balaca əllərim, Ey qəmsiz gözlərim, Ey sakit çöhrəm, Ey yarasız bədənim, Hardasınız indi? Ey dəcəlliyə çalışan ağlım, Ey oyun eşqi ilə aşıb-daşan qəlbim, Gülməkdən kəsilən nəfəslərim, Hardasınız indi? Kimlər aldı sizləri məndən? Hansı yel apardı? Sevdiyim bağımızda əvvəl Payızda qoca çinardan yarpaqlar qopardı. İndi həmin payız, həmin bağ Neçə yaxınımı məndən qopardı. Keçdi ömrüm, amma hələ balacaydım, Ölümü ilk əmimlə tanıdım. Gözlərimin qabağında torpağa gedərkən Əllərim bağlı mən ona baxırdım. Azca çoxaldı yaşım, Həmin dərdsiz başım, Bu dəfə ölüm bacımı apardı. Verdi pay kimi kədəri mənə, Əlimdəki sevinc quruşlarının Bir hissəsi beləcə getdi. Keçdi günlər, keçdi həftələr, Durmadı aylar, ötdü illər. Bir gün bir qadın gəldi. Heç gözləmədiyim, ağrılı bir anda. Aldı ruhumu, əsir oldum qəlbinə. Aldandım bir uşaq saflığıyla taleyin onu mənə yetirəcəyinə. Bütünləşdirdik cismlərimizi, Dedik bir-birimizə: "Sən mənsən, mən də sən". İndi, ay sevgili, kimin könlündəsən? Kimi daşıyırsan qəlbində, Kimdir könül taxtına oturan? Kimdir mənim qoxlayamadığım o saçlara Hər gecə sığal toxuyan? Sənə xərclədim son sevinc quruşlarımı Və aldım kədəri, yoldaş oldu o mənə. İndi keçmiş artıq ömrün o günləri, Qovmuşam otağımdan, evimdən, Çöhrəmdən kədəri. Yığılır yenidən o sevinc quruşları. Artsa da alnımın qırışları. Ey balaca əllərim, Ey qəmsiz gözlərim, Bir xatirətək qalsın qoy Bu sizləri anladan sözlərim.
··1 alıntı·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.