m

Mənim işlərim

0 üye
Takip
Böyümüş əllər, kiçik qalan dəyərlər
Yenə masa başında oturmuş məktub yazır o 18 yaşlı qızcığaz. Məktub atasınadı. Məktubu bitirib poçta verəcək. Anasıyla yaşayırdı. Anası atasından gördüyü şiddət üzündən evdən kiçik qızını da götürüb çıxmışdı. Bilmirdi o zamanlar niyə getdiklərini. Axı necə bilsin? Hələ beş yaşında, balaca əlli, gözəl qəhvəyi gözlü, qara saçlı, nur simalı bir uşaq idi. Axı necə bilsin ki, atası əclafın yekəsi idi? Getdikləri gün atası ona mandolina* almışdı. Çox sevirdi simli musiqi alətlərində ifa etməyi. Ümumiyyətlə, musiqini sevirdi. Kitablara, musiqiyə, çalğı çalmağa vurğun idi. Elə böyüdükcə də musiqi təhsili almağa qərar verdi. Qəbul oldu, hətta birinciliklə. Oxuduğu müddətdə konservatoriyada ən yaxşı oxuyan o idi. Amma.... Amma bir problem vardı. Belə ki, o, violonçeli* olmadığından dərslərdən geri qalırdı. Maraqlanmışdı, qiyməti çox baha idi. Təkcə anasının dərzilik edərək qazandığı pulla ala bilməzdi. Qərara aldı ki, o gözəl səsindən istifadə etsin. İlk gün, səhnədə o 1 dəqiqləik çıxışında onu o qədər çox bəyəndilər ki... Get-gedə məşhurlaşdı. Bütün ölkədə şöhrəti yayılmağa başladı, səsi və gözəlliyi bütün ölkədə səs saldı. Əlbəttə, belə yerdə hər təmizə ad çıxarmasalar, qiyamət qopar. Bütün adına yayılan yaxşı sözlərlə yanaşı ona "əxlaqsız" damğası qoyulmasa, olmaz. Məhz məktəbdən də bu işinə görə çıxarılmışdı. Çünki qanun var, "ya oxumalısan, ya da səhnə almalısan, seç birini" İşdən qayıdırdı. Bu gün elə bir performans göstərmişdi ki, bütün dinləyənlər ayaqüstə onu alqışlamışdılar. Məşhurlaşsa da, hələ də köhnə kiçik evlərində yaşayırdılar. Anası da həmişə onla gəldiyindən onun yanındaydı yenə. Qapıya çatdıqda təəccübləndi. Atası. 13 ildən sonra. Qapıda dayanmışdı, gözləyirdi. Qaçıb qucaqlamaq istəyirdi, anası ondan qabaq tərpəndi: -Nəyə gəlmisən? -Eşitdim ki,
Mənim işlərim
"Son məktub"
Saat indi 03:16-dır. Bir çox insan yatıb. Bunu səhər oxuyacaq olanların da bir çoxu yuxudadı indi. Amma oturmuş fikirləşirəm mən. Nəyi? Hər şeyi. Ən çox da əvvəlimi. 3 il öncə. Çox da dərin düşünən birisi deyiləm. Hər şeyə ötəri baxıram. Heç kəsin heç nəyi vecimə deyil. Ölüm-itim, dünən-sabah bunlar vecimə də deyil zərrə qədər. Anda yaşayırdım. Hər şeydən məzə çıxarıb əylənir, ləzzət alırdım. Hansı ki, bacımı hələ torpaqla bütünləşdirməmiş, ağ kəfənlə onu son dəfə görməmişdim. O gün gəldi, hər şey parçalandı. Həyata baxdığım o pəncərə qırıldı, gözəl mənzərəli şəkilə qan sıçradı, qanadları qırıldı içimdə uçan quşların, ayaqları sındı içimdə qaçan uşağın. Mənaları itirdim. Ağladım, boğuldum, o həddə çatdım ki, artıq ağlamağı bacarmadım. Dondu hisslərim, buza çevrildim. Kiçik bir uşaq yaralandı içimdə, sağaldı yaraları, amma geridə ağrıları qoydu. Onsuzluq mənə öyrətdi çox şeyi. Yalnızlığı, mənanı itirib yenidən axtarmağı. Əvvələ mıxlanmağı. Kilidlənib qalmağı, susub saatlarca, günlərcə, hətta həftələrcə danışmamağı. Yalandan gülməyi, özünü itirməyi. Hər axan göz yaşına əsəbləşməyi. Gözümün önünə gəlir, ağrıdan əzab çəkərkən sonlandırmaq üçün əlinə bıçaq almağı. Əlindən necə bıçağı çıxarmağım hələ də yadımdadı. Hələ də durur o bıçaq. İndi əlimdə. Bu sizinlə vida məktubumuydu. Anladınız artıq. Özünün də nişan aldığı o yerdən, sol yanımdan, tam da qəlbimin üstündən bir gül çəkəcəm. Qanlı çaylar axacaq bədənindən bir azdan. Yolları qalacaq incə-incə, töküləcək ayaqlarımın altına doğru çaylar. Bıçağın sapında onun adı. Həmin adı bu bıçağa verirəm. Mənim canım bacım, yanını hazırla, rahatlıq sevirəm, bilirsən. Bax, bıçağa adını verdim. Adı oldu Hicran bu bıçağın. Bu mənaya gəlir bu. Məni Hicranın ağrısı öldürdü. Məktub bitdi 03:36. İmza: Hicranın öldürdüyü.
Mənim işlərim