Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

216 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Tənqidlərinizə açığam, yalnız hörmət və mədəniyyət çərçivəsində!
Mey Maskın həyat və yaradıcılıq yolunda baş vermiş hadisələrin yer aldığı kitab, həm də məsləhətlərlə, həyatımıza toxunub dəyişikliklər yaradacaq cümlələrlə dolu idi. Öz şəxsi fikirlərimi qeyd edim: Əvvəlcə Mey Maska çox minnətdaram, dəyərli məsləhətlərinə və qadınlara dəstək olduğu üçün. Qadın çox güclüdür, lakin ən çox basqsı altında olan varlıqda qadındır, biz kişilər kimi azad yaşaya bilmirik, bunu hamı bilsədə kimə sərf etməyəcək deyə bunun belə olduğunu inkar edənlərdə olub olacaq. Bu tipli kitabları oxuduqda ilham, motivasiya gəlir insana, amma cəmıyyət o cəmiyyət deyil deyə nə doğru dürüst inkişaf edə bilmirsən, nə də öz sevdiyin işlə məşğul olub istədiyin həyatı yaşaya bilmirsən. Nə qədər desək ki, insanların fikri bizim üçün önəmli deyil, nə qədər bizə desələr ki, camaat nə deyər deyə düşünməyin boş söhbətdir. Çünki camaat nə deyər deyib yaşamayanda, öz istədiyin həyatı yaşayanda həmin o virus düşüncəlilər öz viruslarını yayır, bu virus bizə keçə bilməsədə, ailəmizə keçir, ailəmiz artıq narahat olmağa başlayır və onlar narahat olduqda isə avtomatik olaraq bizdə narahat oluruq və beləliklə yenə o virus yayanlar qalib gəlir. Yalnız ailəsi olğun düşüncədə olanların bəxti gətirir bu mövzuda. + Mən çox xoşbəxtəm ki, mənim ailəm mənə hər addımımda dəstək olub və olur, həm özlərin ınkişaf etdirirlər, həm də bu yolda mənə kömək olurlar. Hərdən bunları düşüb çox pis oluram, düşünürəm nə qədər insanların potensialı ürəklərində qalır, öz istədikləri həyatı yaşaya bilmirlər, bu insanlarla rastlaşanda öz xoşbəxtliyimdən az danışıram, istəmirəm ki, onlar daha da pis olsun,( əgər bu təhlilimi oxuyanlar arasında da belə şəxslər olacaqsa, sizə bircə onu demək istəyirəm ki, güclü olun, mən sizə inanıram, siz bu günlərində öhdəsindən gələcəksiniz, mən buna əminəm, sizin gücünüzə inanıram) əksinə onların əhvali-ruhiyyələrin yüksəltmək üçün bu cür çətinliklər çəkib sonda qalib gələn şəxslərdən danışaraq həvəsləndirirəm, elə bu məsəllərə bundan sonra Mey Mask xanım da daxil oldu. Təbii ki, hər birimizin çətinlikləri olur, əsas olan onlara necə reaksiya verməkdir, doğru reaksiya çətinliklərdən qurtulmaq deməkdir. Niyyətim cinsi ayrı seçkilik etmək deyildi, amma təssüf ki, bizim cəmiyyət bunu edir və edir deyə bu təhlili qəlb acısı ilə belə yazdım. Nə qədər ki, cəmiyyətimiz düzəlməyib, bizim inkişafımızda bir o qədər ləng gedəcək. Nə qədər desək ki, belə deməkdənsə özümüz inkişaf etsək daha yaxşı olar, bu doğru deyil zənnimcə, inkişaf, dəyişiklik köklü şəkil də olduqda uğurlu olur. Ən azından öz ölkəsini sevib inkişafına sevinən və buna görə öz öhdəsinə düşən şeyləri edən birisi kimi deyirəm .
Planla Yaşayan Qadın
Planla Yaşayan QadınMaye Musk · Qanun nəşriyyatı · 022 okunma
·
1 artı 1'leme
·
165 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.