Əslində kitabı alarkən bu qədər təsirli olacağını heç düşünməmişdim. İç səsimizin bizi özümüz də fərqində olmadan necə yarğıladığını kitabı oxuduqdan sonra özüm haqqında dəyişən düşüncələrim sayəsində hiss etdim. Bəzən etdiyim kiçik, əhəmiyyətsiz səhvlərə görə iç səsimin sanki düşmanımmış kimi davranmasının fərqində belə deyildim. Artıq düşüncələrimə qarşı daha oyaq davranıram. Məncə 21 gün kimi qısa müddətdə düşüncələrində və həyatlarında gözəl dəyişikliklər etmək istəyənlər üçün çox faydalı kitabdır. 🩷