·130 syf.····Okunma: 29 Mart 2024 19:16 Sərgüzəşt - türk ədəbiyyatının klassiklərindən hesab edilir. Romanın mövzusu isə dövrünə görə olduqca cəsarətlidir, Osmanlı imperiyası dövründə əsir düşmüş qafqazlı qızın taleyindən bəhs olunur. Romanın yazılmasına ilham verən isə müəllifin anasıdır deyə bilərik - o da zamanında Qafqazdan əsir gətirilmişdir. Müəllifin üslubunu, hekayənin gedişatını çox bəyəndim. Tək bəyənmədiyim şey müəllifin çoxlu təsvirdən istifadə etməsi oldu, məsələn 5 sözlük cümləni hər ifadə etdiyi sözə əlavə olunan təsvirlərlə 10-15 sözlük cümləyə çevrirmişdi, bu zaman-zaman oxumanı çətinləşdirirdi, ya da mənim türkcəm yetmirdi uzun cümlələri anlamağa.