İçimizdəki hansı meymun?!
10/10
·332 syf.··
Beğendi
·
2024 3. kitabı
·
20 günde okudu
·
Okunma: 29 Mart 2024 00:40
Kitab çox geniş müşahidəyə və təcrübəyə əsaslanaraq qələmə alınıb. İçimizdəki Meymun meymunlara, şimpanzelərə, təkamülə baxış bucağımı tamamilə dəyişən, bonoboları dərindən kəşf etməyimə imkan verən kitab oldu. İnsan sosial heyvandır, amma tək sosial heyvan insan deyil. Kitabda sosiallığın, birgə yaşamaq ehtiyacının təkcə insanlara məxsus olmaması, şimpanze və bonobo cəmiyyətləri arasındakı fərqlər, xüsusilə də, yaranan münaqişəni həll etmə üsullarındakı başlıca fərqlər əks olunub. Primatoloq oranqutan, qorilla, şimpanze, bonobo meymunları barədə müşahidələrini təsvir etdikdə onları insanla, insan davranışı və təbiəti ilə o qədər ustalıqla əlaqələndirir ki, növbəti hissələri oxuyarkən artıq oxucu özü bu əlaqəni başa düşməyə səy göstərir. Üstəlik bu əlaqə insan təbiətinin hardasa bütün ünsürlərini əhatə edir. Hər əlaqələndirmədə səbəb-nəticə bağlılığını, yaxın qohumlarımızla bu qədər ortaq tərəflərimizin olduğunu, yalnız insana məxsus olduğunu düşündüyümüz xüsusiyyətlərin əslində bizdən daha öncə onlarda yarandığını görmək ayrılıqda heyrətamizdir. Bu isə kitabı inanılmaz dərəcədə maraqlı edir. Təxminən ən çox alıntı yazdığım və uzun müddətdən bəri oxuduğum ən gözəl kitablardan biridir. İlk cümləsi - “meymunu meşədən çıxara bilərsiniz, amma meşəni meymunun içindən çıxara bilməzsiniz” barədə belə saatlarla düşünmək olar. Hə, bəs içimizdəki hansı meymun? Şimpanzelər Yanus kəlləsinin qəddar tərəfidirsə, bonobolar empatiya hissi yüksək olan mülayim tərəfidir. Məncə, içimizdəki meymun bonanze, ya da şimpobodur…
1K
İçimizdəki MeymunFrans de Waal · Teas Press Nəşriyyatı · 0318 okunma
·
99 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.