Başqaları haqqında yaxşı fikirləşməyimizin səbəbi özümüzə görə qorxu keçirməyimizdir. Nikbinliyin təməlində qorxu dayanır. Biz yaxın adamlarımızı ona görə tərifləyirik ki, onlardan nə isə umuruq, amma bu zaman özümüzü genişürəkli və xeyirxah bir insan hesab edirik; əslində isə bu tərifləri öz mənafeyimiz üçün yağdırırıq. Hesabımızda olduğundan daha çox pul çıxara bilək deyə bankiri tərifləyirik…
Mən heç vaxt bir şeyi nə bəyənirəm, nə də ona qarşı çıxıram. Bu, həyata qarşı çox mənasız bir münasibətdir. Biz əxlaq dərsi demək üçün dünyaya gəlməmişik. Mən avam adamların sözlərinə heç vaxt əhəmiyyət vermirəm, yaxşı adamların da işlərinə heç vaxt qarışmıram. Əgər bir adam mənim xoşuma gəlirsə, özünü necə aparırsa-aparsın onun hərəkətlərini bəyənirəm.
İnsanlar sədaqət dalınca çox qaçırlar! - Lord Henri ucadan dedi.- Amma sevgidə də sədaqət sırf fizioloji məsələdir. Gənclər sədaqətli olmaq istəyirlər, amma belə deyillər. Qocalar isə xəyanət etmək istəyirlər, amma əllərindən gəlmir.